Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi
Dərc olunub:
15-12-2023, 12:53
aPrezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Avrasiya.net sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilsin:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Etibar Rəsul oğlu İsmayılova
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Şahin Əyyub oğlu Mirzəyevə
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova
daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.
Son xəbərlər
