Daha bir azyaşlı qızılcadan öldü
Dərc olunub:
15-12-2023, 09:58
Şəmkirdə dörd yaşlı uşaq vəfat edib.
Avrasiya.net xəbər verir ki, rayon sakini, 2019-cu il təvəllüdlü H.Allahyarov Şəmkirdən Gəncə şəhərinə gətirilən zaman yolda dünyasını dəyişib.
Onun qızılca xəstəliyindən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
