Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dekabrın 14-də Sumqayıt şəhəri, Abşeron və Qubadlı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar dini icmaların kitablarla təmin edilməsi, dini təhsil, dini maarifləndirmə işinin genişləndirilməsi, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Son xəbərlər
