"Qış məktəbi"nin açılış mərasimi olub

"Qış məktəbi"nin açılış mərasimi olubMənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri və tələbələr üçün təşkil olunmuş "Qış məktəbi"nin açılış mərasimi olub

Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Mingəçevir şəhərində Fondun könüllüləri və tələbələr üçün təşkil olunan "Qış məktəbi" öz işinə başlayıb. Açılış mərasimində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Daşqın İsmayılovun məruzələri dinlənilib. Çıxışlar zamanı bildirilib ki, gənclərlə bu cür görüşlərin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin inkişafında, maddi-mədəni irsimizin qorunmasında, həmçinin tarixən formalaşmış dəyərlərimizin gələcək nəsillərə ötürülməsində könüllülərin rolunu artırmaqdır.

Xatırladaq ki, "Qış məktəbi" çərçivəsində tədbirə dəvət olunmuş ekspertlərin məruzələri dinləniləcək, Mingəçevir şəhərində yerləşən bir sıra tarixi məkanlara ekskursiyalar təşkil olunacaq, maraqlı viktorinalar keçiriləcək.

Məlumat üçün bildirək ki, 13-16 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulan "Qış məktəbi"ndə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti kimi ali təhsil müəssisələrinin və Mingəçevir Tibb Kollecinin tələbələri iştirak edir.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər