"Ailə və Uşaqlara Sosial Dəstək" İB dövlət qeydiyyatına alındı
"Ailə və Uşaqlara Sosial Dəstək" İB dövlət qeydiyyatına alındı
İctimai Birliyin sədri Elnur Abuşova yaxlr:
"1 ildir ki, QHT sektoruna daxil olmaq, təşkilat yaratmaq istəyirdim. Bahar xanım Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə rəhbər təyin edildikdən sonra mən əzilən qadınlar üçün, haqqı pozulan uşaqlar üçün sutkanın bütün saatı Komitəyə etdiyim müraciət əlaqədar orqanlara yönəldi. Həssas mövzular olduğu və İP düşgünü olmadığım üçün çox məsələlər elə sakitcə həll edildi. Özümü bu sahə üzrə bacarıqlı bir təşkilat sədri kimi doğruldacağıma əminəm. Allah utandırmasın.
Hər dəfə sənədlərim qayıtdıqca ruhdan düşmədim, önyarğılı olub qarayaxdı kampaniyası aparmadım, göstərilən qüsurları, çatışmazlıqları yoluna qoydum: “Nəhayət "Ailə və Uşaqlara Sosial Dəstək" İB-ə ŞƏHADƏTNAMƏ verildi. Mənə etimad göstərən, fəaliyyətimə dəyər verən, güvənən, motivasiya verən hər kəsə təşəkkür edirəm. Hər zaman fəaliyyətimlə, bacarığımla dövlətimin, vətəndaşımın yanındayam. Loqo işində və sənədlərin toplanması prosesində dəstək duran dostlara da bir təşəkkür borcum var. İnşallah".
Son xəbərlər
