Abşeronda 29 yaşlı qadın öldürüldü
Dərc olunub:
12-12-2023, 22:01
Dekabrın 12-də saat 20 radələrində Abşeron rayonu Fatmayı kəndində 1994-cü il təvəllüdlü Rəhimova Arzu Hacıağa qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının tanışı 1961-ci il təvəllüdlü Quliyev Eynulla Bəhlul oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
