Qaziyə qarşı kampaniya aparan təhsil işçisi vəzifədən çıxarıldı

Qaziyə qarşı kampaniya aparan təhsil işçisi vəzifədən çıxarıldıMüəllimlərin votsap qrupunda Vətən Müharibəsinin iştirakçısı İbrahim Hüseynovun əleyhinə kampaniya aparan Eltac Hüseynovun Şirvan-Salyan Regional Təhsil İdarəsindəki vəzifəsindən çıxarıldığı barədə məlumat yayılıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə Eltac Hüseynov özünün feysbuk səhifəsində bildirib.

Qeyd edək ki, Qarabağ qazisi İbrahim Hüseynovun problemini deputat Fəzail Ağamalı ictimailəşdirib. Deputat bildirib ki, müharibə veteranı olan Salyan rayon sakini İbrahim Hüseynov məktəbdə texniki ştat vahidi üzrə işə götürülüb, lakin o, bununla razılaşmayaraq vəzifəsinin dəyişdirilməsi üçün kömək istəyib.

Deputatın paylaşımından sonra məsələyə Şirvan-Salyan Regional Təhsil İdarəsi də reaksiya verib.

İdarənin yaydığı açıqlamada bildirilib ki, 2020-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini korreksiyaedici təlim ixtisası üzrə bitirmiş İbrahim Hüseynov 15.09.2021-ci ildə Qarabağlı kənd 1 nömrəli tam orta məktəbinin direktorunun əmri ilə texniki vəzifə üzrə işə götürülüb.

“Şirvan-Salyan Regional Təhsil İdarəsi fəaliyyətə başladığı gündən bu günə qədər Salyan rayon sakini İbrahim Hüseynov iş yerinin dəyişdirilməsi və ya başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir müraciət etməmişdir.

İxtisası korreksiyaedici təlim olan İbrahim Hüseynova Regional idarənin əhatə etdiyi təhsil müəssisələrində ixtisasına uyğun vakansiya yaranacağı təqdirdə işlə təmin olunmasına köməklik ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətə başladığı gündən tabeçiliyində olan məktəbəqədər və ümumtəhsil müəssisələri üzrə 42 nəfər şəhid ailə üzvü, 54 qazi müxtəlif vəzifələrə işə təyin olunmuşdur.

Vakansiyalar yarandıqca növbəli şəkildə iş yerləri şəhid ailə üzvlərinə və qazi vətəndaşlarımıza təklif edilir”, - qurum bildirib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qarabağ qazisinin məsələsi ictimailəşəndən sonra Şirvan-Salyan Regional Təhsil İdarəsinin işçisi Eltac Hüseynov votsap qruplarından birində müəllimlərdən İbrahim Hüseynova qarşı kampaniyaya qoşulmalarını istəyib, onları feysbukda rəy yazmağa təhrik edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər