Sizin Reklam Burada

Gəncə Şəhər Ağsaqqallar Şurası “Heydər Əliyev İli”nə həsr olunmuş konfrans keçirib

Gəncə Şəhər Ağsaqqallar Şurası “Heydər Əliyev İli”nə həsr  olunmuş  konfrans keçiribGəncə Şəhər Ağsaqqallar Şurası Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün görülmüş işlərin nəticələri və onun səmərəliliyinin yüksəldilməsi” mövzusunda konfrans keçirib.

Əvvəlcə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və başqaları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən bəhs edən videoçarx nümayiş olunub.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov tədbiri giriş sözü ilə açaraq toplantı iştirakçılarını salamlayıb və xatırladıb ki, “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” devizi ilə keçirilən bu konfrans aktual bir mövzuya – gənclərin asudə vaxtlarının səmərəli təşkilinə həsr olunub. O, öz hesabat xarakterli çıxışında Gəncə Şəhər Ağsaqqallar Şurasının cari il ərzindəki fəaliyyətindən, xüsusilə də gənclərlə bağlı görülən işlərdən ətraflı bəhs edib. Şura tərəfindən 2023-cü ildə narkomaniyaya qarşı, məşğulluğun artırılması ilə bağlı və digər vacib mövzularda 10-a yaxın konfransın, ali və orta məktəblərdə görüşlərin, xeyriyyə işlərinin və digər tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, gənclərimizin asudə vaxtlarını səmərəli keçirmələri, bilik və bacarıqlara yiyələnmələri, cəmiyyətdə nümunəvi vətəndaşlar olaraq formalaşmaları üçün Gəncə Şəhər Ağsaqqallar Şurasının üzvləri maarifləndirici və təbliğat xarakterli işlər apararaq öz səylərini əsirgəməyiblər. O, “Heydər Əliyev İli”ndə olduğu kimi, gələcəkdə də bu sahədə fəaliyyətlərini böyük əzmkarlıqla davam etdirəcəklərini vurğulayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, respublikamızda müasir gənclər siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə dövlətçiliyin möhkəm təməli və gələcəyin etibarlı təminatçısı sayılan gənc nəsil, yüksək intellektual səviyyəyə və milli düşüncəyə malik vətənpərvər, qorxmaz, mərd gənclər yetişib. Bu gənclər 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqları ilə Azərbaycana olan sevgilərini bir daha sübut etdilər və tariximizə yeni bir şanlı səhifə - Zəfər Gününü yazdılar. Azərbaycan Ağsaqqallar Şurasının əsas fəaliyyət istiqamətlərindən birinin gənclərlə aparılan iş olduğunu vurğulayan natiq qeyd edib ki, Şura gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda yetişdirilməsini daim diqqət mərkəzində saxlayır.

Onların neqativ, zərərli təsirlərə məruz qalmamaları, sağlam təməllər üzərində tərbiyə almaları üçün asudə vaxtlarının səmərəli təşkil edilməsi məsələsinə də xüsusi diqqət ayrılır. Gənclərimizlə maarifləndirici görüşlər keçirilir, söhbətlər aparılır, qarşıya çıxan problemlərin həlli üçün digər müvafiq qurumlarla birgə onlara dəstək göstərilir. Bayram Yusifov bu il 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin gənclərimiz üçün milli xəzinə, ən doğru istinad yeri olduğunu bildirərək onların cəmiyyətdə düzgün və uğurlu mövqe tutmaları üçün bu böyük şəxsiyyətin zəngin irsini dərindən öyrənməli olduqlarını vurğulayıb. Ölkəmizdə gənc nəslin fiziki və mənəvi inkişafının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bir daha qeyd edən Bayram Yusifov əmin olduğunu bildirib ki, dövlətçiliyimizi qoruyan, Vətənimizin gücünün, qüdrətinin artmasına töhfə verən, milli ideyalarımızın daşıyıcısı olan, ölkəmizi layiqincə təmsil edən gənclərimiz sayəsində gələcəyimiz etibarlı əllərdədir.
Konfransda çıxış edən digər natiqlər də tədbirin mövzusu ilə bağlı maraqlı məruzələr ediblər, dövlətimiz tərəfindən aparılan gənclər siyasətindən söz açıblar. Bildiriblər ki, onların asudə vaxtlarının səmərəli təşkil olunmasında və digər məsələlərdə hər birimiz yaxından iştirak etməli, öz səylərimizi əsirgəməmliyik.

Konfransın sonunda Gəncə Şəhər Ağsaqqallar Şurasının fəaliyyətinə göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, əslən qədim Gəncədən olan Bayram Yusofova ağsaqqallar tərəfindən minnətdarlıq sözlərinin əks olunduğu ünvan hədiyyə edilib. Həmçinin bir qrup müəllim və şagird Gəncə Şəhər Ağsaqqallar Şurasının fəaliyyətində yaxından iştirak etdiklərinə və təşkilatın işinə verdikləri töhfəyə görə Fəxri fərmanlar və Təşəkkürnamələrlə təltif olunublar.

Sonra konfrans bədii hissə - Gəncə şəhər 3 saylı musiqi məktəbinin kollektivinin konserti ilə davam etdirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər