Sizin Reklam Burada

Zəfər paradı - AZƏRBAYCANIN ÖZÜNÜN YARATDIĞI TARİX

Zəfər paradı - AZƏRBAYCANIN ÖZÜNÜN YARATDIĞI TARİXKönül İsmayılova: “Prezidentin ətrafında birləşdik, dünyaya dövlət-xalq nümunəsi göstərdik”

“İlk Zəfər paradının keçirilməsindən 3 il ötür. Tarixə qızıl hərflərlə yazılmış 10 dekabr, 2020-ci il... Cənab Prezidentin, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin çıxışındakı bir fikri xatırlayıram - “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.” Bəli, biz Azərbaycanın özünün yaratdığı tarixi yaşayırıq”.

Versus.Az xəbər verir ki, bunu Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova 10 Dekabr - Zəfər paradı ilə bağlı şərhində bildirib:

“İlk Zəfər paradımızda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yaddaşlara həkk olan fikirlərini xatırlayıram - “Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” Bu sözlərdəki əminlik qardaş güvənimizi daha da artırır. Düşmənlərimizi qorxuya salan da elə Azərbaycanın artıq öz tarixini özünün yazması və Türkiyə ilə qardaşlıq bağlarının daha sıx möhkəmlənməsidir”

Könül İsmayılova bildirdi ki, ilk Zəfər paradımızda, yəni 10 dekabr 2020-ci il tarixində Azərbaycanın möhtəşəm qələbəsi Bakının Azadlıq Meydanından Dünyaya görüntüləndi, Zəfər paradı ilə gərəkən mesajlar verildi:

“Paradda yerli və xarici rəsmi qonaqların, diplomatik korpusun nümayəndələrinin də iştirak etməsi mesajlarımızın əsl ünvanlara çatdırılmasını əlçatan etdi. Bəli, bu parad həm də qardaşlıq münasibətlərin rəmzidir. Və həmin paradda iki qardaş ölkənin rəhbərlərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Bu gün həmin mesajların müsbət nəticəsini görməkdəyik”.

K.İsmayılova vurğuladı ki, Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi anı da unudulmaz sevinc yaşatdı hər bir azərbaycanlıya:

“Və hərbi qüdrətin nümayişi olan 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin paradda möhtəşəm görüntüsü… Paradda nümayiş olunan Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi isə düşmənlərimizə göz dağı idi. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı həm də onu diqtə edirdi ki, ulu öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq”.

K.İsmayılova Azərbaycan xalqının həmrəylik və birlik nümunəsinə də diqqət çəkdi:

“Yumruq yaradan birliyimiz var. Cənab İlham Əliyevin ətrafında birləşdik, dünyaya dövlət-xalq nümunəsi göstərdik. Düzdür, siyasi həmrəyliyimiz zamanı bəzi qaraguruhçu partiya rəhbərləri birgə bəyanatlardan özlərini kənarda saxladılar, amma bu heç nəyi dəyişmədi. Ölkəmizdə siyasi sabitlik, vətəndaş birliyi təmin edildi”.

Könül xanım paradla bağlı bir nüansa da diqqət çəkdi:

“Sovetlərin vaxtında da Azərbaycanda paradlar keçirilirdi. Keçmişin anıları kimi xoş xatırlayırıq, bizimçün uşaqlığın xatirəsidir. Bu gün, yəni 10 dekabrda isə qürurumuzu geri qazandığımız, özümüzün əldə etdiyimiz paradımızı qeyd edirik. Qürurumuz, paradımız mübarək!”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər