Şahin Bağırov polkovniki vəzifəsindən azad etdi
Dərc olunub:
6-12-2023, 12:49
Polkovnik (gömrük attaşesi) Anar Hüseynov Dövlət Gömrük Komitəsinin Rusiya nümayəndəsi vəzifəsindən azad edilib.
Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Bildirilib ki, A.Hüseynov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kəndindən olan Anar Hüseynov gömrükdə bir sıra vəzifələrdə çalışıb.