Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub
Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub.
Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə özündə əks etdirən ilk fundamental monoqrafiya 4 böyük bölmədən ibarətdir.
Rusdilli oxucu kütləsi üçün nəzərdə tutulan kitab dinlə əlaqəli tədqiqat aparan mütəxəssislər, dinşünaslar, ilahiyyatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli töhfədir.
Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması tərəfindən çap olunub.