star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Qrip peyvəndi infarkt riskini 26% azalda bilər

Qrip peyvəndi infarkt riskini 26% azalda bilərQrip peyvəndi infarkt riskini 26% azalda bilər.

“Report” xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında dərc edilən məqalədə deyilir.

Alimlər orta yaşı 61 olan 9 059 xəstənin məlumatlarını təhlil ediblər. Onlardan 4 529-u qripə qarşı peyvənd, qalanları isə plasebo alıb. Daha sonra şəxslər orta hesabla doqquz ay izlənilib. Bu dövrdə peyvənd edilmiş 86 xəstə və plasebo qrupunda 116 xəstə infarkt keçirib.

Peyvənd olunanların infarkt keçirmə ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı isə 33% azalıb. Tədqiqat təsdiqləyib ki, mövsümi qrip peyvəndi xüsusilə 65 yaş və yuxarı insanlar, hamilə qadınlar və astma, diabet, ürək xəstəliyi və böyrək xəstəlikləri daxil olmaqla xroniki xəstəliyi olanlar üçün vacibdir.

Qeyd edək ki, qrip infeksiyası damarlarda yağların və xolesterolun yığılmasına kömək edən sistemik iltihaba səbəb ola bilər. Bundan əlavə, qrip insanı ikincil infeksiyalara qarşı daha həssas edə bilər ki, bu da iltihabı artırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər