Sizin Reklam Burada

Suraxanı Gənclər Evində 3 dekabr Beynəlxalq Əlillər günü qeyd edildi

Suraxanı Gənclər Evində 3 dekabr Beynəlxalq Əlillər günü qeyd edildi1 Dekabr 2023 - cü ildə Suraxanı Gənclər Evində “ 3 Dekabr- Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” nə həsr olunmuş “Sevinc Əngəl Tanımır” adlı tədbir keçirildi.

İlk olaraq Azərbaycanın Dahi Şəxsiyyəti Heydər Əliyevin və Vətən Uğrunda canlarından keçən Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Zeynalova Mətanət , Bakı Şəhəri Gənclər və İdman İdarəsi Suraxanı Rayon üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elşən Atakişizadə, Suraxanı Rayon Qəsəsbə Nümayəndəlikləri, Rayon Bələdiyyə sədrləri, UAFA Azərbaycan Birgə Yardım Təşkilatı Yasamal İcma Əsaslı Reabilitasiya mərkəzinin Valideyin birliyinin sədri Xələfova Zəhra, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai Şurasının üzvü, Fəxri Fərmanlı Jurnalist Təranə Qasımova, Qiraətçilər Bəhiyyə Nağıyeva, Anar Atakişi, Elçin Ləmbəranski, Suraxanı Rayon İctimaiyyəti , Əlilliyi olan şəxslər, Rayon gəncləri və könüllü gənclər iştirak etmişlər.

Tədbirdə iştirak edənlər öz çıxışlarında dövlətin əlilliyi olan vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən işlərdən danışıblar.

Daha sonra Əlilliyi olan şəxslərə xüsusilə də uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur, əlilliyi olan şəxslərin hüquqları, bundan irəli gələn və ölkəmiz üçün aktual olan problemlər barədə danışılıb. Gəncləri bu mövzuda daha aktiv olmağa və əlilliyi olan insanlarla ünsiyyət qurarkən onlara qarşı mərhəmət hissi ilə deyil, onların da bizlər kimi insan olmasına önəm vermələrinin vacibliyi vurğulanıb.

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətindən , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənməsini qeyd edilib. Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, reabilitasiya xidmətləri haqqında danışılıb.

Ardınca tədbirin bədii hissəsinə keçid alınıb, bədii hissədə UAFA Azərbaycana Birgə Yardım Təşkilatı Yasamal İcma Əsaslı Reabilitasiya mərkəzinin Valdeyin birliyinin üzvləri və Ümid var İnkluziv Yaradıcılıq Birliyinin üzvləri müxtəlif çıxışlar nümayiş elətdiriblər,həmçinin tədbirdə əl işləri və rəsm əsərlərindən ibarət xeyriyyə sərgisi təşkil olunub.

Sonda iştirakçılar Təşəkkürnamə və hədiyyələr ilə təltif olunublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər