Sizin Reklam Burada

DİN-in mətbuat katibi vətəndaşlara çağırış etdi

DİN-in mətbuat katibi vətəndaşlara çağırış etdi"Əgər kimsə sizə “fotolarını yayacağam”, “ailə üzvlərinizə fotolarını və mesajlarını göstərəcəyəm”, “haqqınızda sosial şəbəkədə rusvayedici məlumatlar paylaşacağam”- deməklə hədə-qorxu ilə pul tələb etsə, dərhal polisə məlumatlandırın".

Avrasiya.net-in məlumatına görə, bu çağırışı vətəndaşlara Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev edib.

“Əgər bir dəfə tələb olunan pulu versəniz, o adam davamlı olaraq sizdən daha böyük məbləğlərdə pul tələb edəcək”, - deyən E.Hacıyev bildirib ki, nazirlik əməkdaşları dünən şantajla məşğul olan belə bir şəxsi yaxalayıblar.

“Eyni dalğa, eyni koordinatla vətəndaşı talayıb. Növbəti cəhdində isə yaxalanıb”.

Qeyd edək ki, yaxalanan şəxs paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədovdur. O, Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə əvvəlcə 1000 manat pul alıb.
Noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər