Burada Sizin reklam ola bilər!

Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilib

Cəlilabadda "Qüvvət elmdədir" adlı intellektual yarış keçirilibNoyabrın 29-da Cəlilabad rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "Qüvvət elmdədir" adlı layihə çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.

Cəlilabadda fəaliyyət göstərən məktəblərin yuxarı sinif şagirdlərindən ibarət 10 komandanın iştirak etdiyi yarışda dəyərlərimiz, ümumi dünyagörüşü, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və s. mövzular üzrə suallar səsləndirilib.

Yarışda qalib gələn Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseyin "Boz qurd" komandasının üzvləri Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb. Onlar diplomlarla təltif edilib. Yarışda iştirak edən digər komandalara isə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "Qüvvət elmdədir" adlı layihə çərçivəsində ölkənin 6 müxtəlif regionunda intellektual yarışlar keçirilib və final mərhələsinin Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər