Prezident DTX əməkdaşlarını tətlif etdi - Sərəncam
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib.
Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Məmmədova Kamina Qavil qızı
“Hərbi xidmətlərə görə” medalı ilə
Allahverdiyev Etibar Yadulla oğlu – polkovnik
Əliyev Elçin Alastun oğlu – polkovnik
Əmirov Ziyafət Məsim oğlu – polkovnik
İsmayılov Azər Valeh oğlu – polkovnik
Nəsirov Elşad Haqverdi oğlu – polkovnik
Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant
Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.
Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib.