star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU

"Tərtər işi” ilə bağlı həbs olunan hərbçilərə HÖKM OXUNDU“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net report-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il 6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində prokuror V.Ələsgərovun 10 il, R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, F.Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər