star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Prokurorluq məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırma aparır

Prokurorluq məktəblinin döyülməsi iddiaları ilə bağlı araşdırma aparırPaytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Bu barədə Avrasiya.net-ə Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Hadisənin səbəbi və baş vermə şəsaiti ətraflı araşdırılmaqla nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbin ikinci sinif şagirdi Məmmədzadə Təranə gözündən ağır zədə alıb. Bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.

Məktəbdən verilən məlumata görə, Təranə noyabrın 7-də qaçarkən digər uşaqla toqquşub. Həmçinin bildirilir ki, məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.

Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.

Daxili İşlər Nazirliyindən təqdim olunan açıqlamada isə qeyd olunub ki, şagirdin göz nahiyəsinin xəsarət faktında qəsd aşkar olunmayıb. Müəyyən edilib ki, hadisə məktəbin akt zalında Təranə Məmədzadənin digər şagirdlə toqquşması nəticəsində baş verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər