Texniki universitetin 8 tələbəsi qızılcaya yoluxdu
Dərc olunub:
27-11-2023, 14:32
AzTU-da (Azərbaycan Texniki Universiteti) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Report-a universitetdən bildirilib.
Qeyd olunub ki, həmin tələbələr izolyasiya olunublar:
"Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".