Bacısını qətlə yetirən qardaş tutuldu
Dərc olunub:
27-11-2023, 08:57
Gəncədə qardaş bacısını qətlə yetirməkdə şübhəli bilinir.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Avrasiya.net-ə bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.