Sizin Reklam Burada

"Direktor mənə rüşvət təklif edib ki, məsələni ağartmayım" - Xəsarət alan şagirdin valideyni

Sabunçu rayonu, Ramana qəsəbəsindəki 90 nömrəli orta məktəbin 2F sinif şagirdi Təranə Məmmədzadənin xəsarət alması ilə bağlı sosial şəbəkələrdə edilən paylaşımlar hamının hiddətinə səbəb olub.

Avrasiya.net xəbər verir ki hadisə ilə bağlı Azreform.info şagirdin valideyni Vüsalə Məmmədzadə ilə əlaqə saxlayıb.

V.Məmmədzadə hadisənin necə baş verdiyindən danışıb:

"Məktəbdə noyabrın 8-də Zəfər bayramı ilə bağlı tədbir keçirilib. Övladım həmin tədbirdə uşaqların bir-biri ilə toqquşması nəticəsində gözündən xəsarət alıb. Amma o anda heç bir tibbi yardım göstərilməyib, heç məktəbin tibb bacısı belə çağırılmayıb. Atasına zəng edib deyiblər. Səhəri onu xəstəxanaya apardıq. Amma həmin gün hadisə ilə bağlı "102"-yə zəng etdik. Sinif rəhbəri Südabə Şükürova bizə irad bildirdi ki, niyə ora zəng edib məlumat vermisiz. Dedim, bəs siz xəsarət alan bir uşağa niyə yardım göstərməmisiz, hadisə onun ölümünə də səbəb ola bilərdi".

V.Məmmədzadə onu da deyib ki, dəfələrlə sinif rəhbəri ilə əlaqə saxlamaq istəyib, lakin mümkün olmayıb. S.Şükürova ilə yalnız polis idarəsində olarkən polis işçisi İbrahim onunla əlaqə saxladığı zaman danışıb: "O zaman mənə irad bildirdi ki, niyə şikayət etmişəm. Sabunçu rayon prokurorluğuna da şikayət etmişəm, işə müstəntiq Natiq müəllim baxır. Qızımın sol gözü 50 faiz görür, görmə qabiliyyətini itirib. Həkimlər deyiblər ki, yaxşı ki, belə qurtarıb, yoxsa gözünü birdəfəlik itirə bilərdi. Bilirsiz, mənə təsir edən məktəbdə hansısa hadisə nəticəsində xəsarət alan uşağın baxımsız qalmasıdır. Mən demirəm ki, məktəb direktoru, sinif rəhbəri uşağını vurub. Amma bu halda olan uşağa bir yardım edilməliydi. Müşahidə kameralarından görünür ki, qızam sinif otağından dəhlizə ağlaya-ağlaya çıxıb. Sonradan mənə deyiblər ki, həmin vaxt onun sinif yoldaşlarına deyiblər ki, çantalardan su qablarını açın salfetkanı isladıb gözünə qoyun. İkinci sinif şagirdi tibb işçisidir ki, zərərçəkənə yardım etsin? Qızımla toqquşduğu deyilən şagirdə isə heç bir ziyan dəyməyib. Bu, mənim üçün da müəmmalı qalıb".

Valideyn sosial şəbəkələrdə bu məsələ ilə bağlı məktəb direktoru Svetlana Nəbiyevanın onunla "anlaşmağa" çalış"ması iddialarına da aydınlıq gıtirib:

'Düzdür, o mənə dəfələrlə zəng edib, kabinetinə çağırıb təklif edib ki, bu məsələni öz aramızda həll edək. Yəni bir növ rüşvət təklif edib. Guya bu məktəbin nüfuzuna xələl gətirər, guya sinif rəhbərinə töhmət veriləcək. Mən razılaşmamışam. Zəng edirəm ona, deyir, qeyri-iş günü olduğundan məni narahat etmə. Rəhbərlik etdiyi məktəbdə hadisə baş verib, məktəbli ağır xəsatət alıb, bu, direktoru narahat etmir. Qızım dərsə getmir, müalicə alır, amma sinif rəhbəri bir dəfə də olsun maraqlanmayıb, nə evə gəliblər, nə zəng ediblər. Bu qədər laqeydsizlik olar? Mən bu işi belə qoymayacam, təqsirkarların cəzalanmasını istəyirəm. Bəlkə, uşağım həmin vaxt ölə bilərdi, onda nə deyəcəkdilər, bu nə özbaşınalıqdır məktəbdə baş verir. Məktəb tam nəzarətdən çıxıb".

V.Məmmədzadə sonda bu məsələ ilə bağlı günahkarların cəzalandırılmasında ona dəstək olmağımızı xahiş edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər