Beynəlxalq Avrasiya Mətbuat Fondunun işçisi prokurorluğa çağrıldı

Beynəlxalq Avrasiya Mətbuat Fondunun işçisi prokurorluğa çağrıldıBeynəlxalq Avrasiya Mətbuat Fondunun keçmiş işçisi yalan məlumata görə prokurorluğa çağırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəzi sosial şəbəkə səhifələrində guya Ağdam rayonunda müxtəlif ərazilərin minalaşdırılması görüntüsünün formalaşdırılması ilə bağlı yayılmış məlumatlar üzrə araşdırma aparılıb. Müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Emin Nəcəfzadə Ağdam rayonunun Baş Qərvənd kəndinin yaxınlığında çəkiliş apararaq həmin mina olmayan ərazilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyinin göstərişi ilə guya təhlükənin mövcud olmasını göstərmək məqsədilə müxtəlif nişanlar və yararsız minalar yerləşdirildiyini iddia edib.

Bildirilir ki, istinad olunan təşkilat həmin ərazilərdə minatəmizləmə işlərində iştirak etməyib. Qeyd olunan ərazidə səlahiyyətli dövlət orqanları tərəfindən minatəmizləmə işləri həyata keçirilib, eyni zamanda təhlükənin qarşısının alınması məqsədilə monitorinqlər davamlı həyata keçirilir.

Şəxsi qərəzlilik zəminində və Fondun keçmiş əməkdaşı kimi işçi münasibətlər zamanı ortaya çıxmış narazılığı səbəbindən Emin Nəcəfzadənin irəli sürdüyü əsassız və həqiqətə uyğun olmayan iddiaları əhalinin təhlükəsizliyinin təmin olunmasına kölgə salmaqla yanaşı cəmiyyət içində ciddi narahatçılığa və təşvişə səbəb olub.

“Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə əsasən Emin Nəcəfzadə Tərtər rayon prokurorluğuna dəvət olunaraq ona xəbərdarlıq edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər