Əcnəbiləri aldadıb, ölkəyə gətirən şəxs saxlanıldı

Əcnəbiləri aldadıb, ölkəyə gətirən şəxs saxlanıldıDövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı öz həmvətənlərini Azərbaycanda işlə təmin etmək, həmçinin Avropa ölkələrinə daşımaq vədləri ilə aldadaraq ölkəmizə gəlmələrini təşkil edən əcnəbi saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Həmin şəxsin 6 əcnəbini Azərbaycanda işlə təmin etmək, 1 əcnəbini isə Avropa ölkələrinə daşımaq vədi ilə aldadaraq onların ümumilikdə 15 000 dollar məbləğində pul vəsaitini mənimsədiyi müəyyən edilib.

Qanunsuz miqrasiyanın təşkilinə, həmçinin digər qanunsuz əməllərə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən halla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər