Bakının “Taxta bazarı”ndakı yanğına görə sığorta ödənişi verilməyəcək

Bakının “Taxta bazarı”ndakı yanğına görə sığorta ödənişi verilməyəcəkBu gün Bakının Dərnəgül qəsəbəsində yerləşən və "Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.

"Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada "Daşınmaz əmlakın icbari sığortası" deyil, "Əmlakların yanğından və digər risklərdən sığortası" aktualdır. Bu sığorta növünün isə könüllü olduğunu nəzərə alsaq, bazardakı malların və materialların sığortalı olmaması sahibkarların sığortaya biganə yanaşması və yaxud sığortalanmaq üçün lazımi tələblərə riayət etməməsindən qaynaqlana bilər", - deyə açıqlamada qeyd olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər