Vətəndaşlara ucuz qiymətə tur paketlər satan dələduz saxlanıldı I

Vətəndaşlara ucuz qiymətə tur paketlər satan dələduz saxlanıldı ISuraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə naməlum şəxsin çoxsaylı vətəndaşları ölkə daxilində aşağı qiymətə tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

DİN-dən Avrasiya.net-ə bildirilib ki, keçirilən əməliyyat tədbiri nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl 1994-cü il təvəllüdlü Abşeron rayon sakini Elmin Dadaşov tərəfindən törədilib və o, saxlanılaraq istintaqa təqdim edilib. E.Dadaşov sosial şəbəkələrdə turizm şirkəti səhifəsi yaradaraq zərərçəkənlərin pul vəsaitlərini onlayn yolla əldə edib və sonradan ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdırıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. E. Dadaşovun əməllərindən zərərçəkən şəxslər bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər