On gündür itkin düşən gəncin anası müraciət edib
Dərc olunub:
18-11-2023, 00:22
Bakıda itkin düşən 28 yaşlı Göyçay rayon sakini İbrahim Nəzərlinin anası müraciət edib.
"Allahdan ümid kəsilməz, bu dar günümüzdə bizə oğlumun tapılmasında yardım etmək istəyən, paylaşaraq yardım edən hər kəsə bir ana kimi minnətdarlığımı bildirirəm !
Ana olaraq sizə yalvarıram, məni bu ağır yüklə baş-başa buraxmayın !!!".
P.S: Xatırladaq ki, ibrahim Noyabr ayının 9-da, saat 15:00 radələrində, Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.
Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkcəsi olub.