ETSN yanında İctimai Şuranın üzvlüyünə seçkilər keçiriləcək

ETSN yanında İctimai Şuranın üzvlüyünə seçkilər keçiriləcəkAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın formalaşdırılmasına dair elan verilib.

Avrasiya.net-in məlumatına görə, elanda bildirilir ki, İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar vətəndaş cəmiyyəti institutları 1 nəfər şəxsin namizədliyinin irəli sürülməsi məqsədilə ərizəni (namizədin yaşayış ünvanı və elektron poçt ünvanı göstərilməklə) 13.12.2023-cü il tarixinədək aşağıda göstərilən sənədlərlə birlikdə [email protected] ünvanına və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Bakı şəhəri, K.Kazımzadə küç., 100 A) poçt vasitəsilə təqdim edə bilərlər:

Namizədin şəxsiyyət vəsiqəsinin surəti;

namizədin tərcümeyi-halı;

namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olması barədə təsdiqedici sənədin surəti;

namizədin müvafiq sahədə təcrübəyə və ya biliyə malik olmasını təsdiq edən sənədin (sənədlərin) surəti;

Vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər ərizəyə əlavə oluna bilər.

Bundan əlavə, namizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq bütün vətəndaş cəmiyyəti institutları seçkinin keçirilməsi məqsədilə təşkil ediləcək ümumi yığıncaqda iştirak etməsi üçün təmsilçisinin məlumatlarını təqdim edə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər