DSX-nin əsgəri vəfat etdi
Dərc olunub:
16-11-2023, 13:09
Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.
Bu barədə Avrasiya.net-ə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.
Son xəbərlər
