Azərbaycanda vəzifəli şəxs tanınmış professoru öldürdü
Dərc olunub:
16-11-2023, 13:04
Noyabrın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən paytaxt sakini - 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub.
Bu barədə Avrasiya.net-ə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.
“Mersedes” markalı avtomobili idarə edən şəxsin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olduğu bildirilir.
Qeyd edək ki, türkoloq alim olan A.Acaloğlu İstanbul Mərmərə Universtitetinin müəllimi idi.
Son xəbərlər
