Səməd Vəkilovun kitabının elektron variantı Prezident Kitabxanasının saytında yer alıb

Səməd Vəkilovun kitabının elektron variantı Prezident Kitabxanasının saytında yer alıbMüvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabının elektron variantı Prezident Kitabxanasının saytında yer alıb.

Bu barədə Avrasiya.net-ə müəllif özü məlumat verib.

https://www.ebooks.az/book_voctjba.html

Kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində hazırlanıb. Kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılmış və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanıb.

Qeyd edək ki, kitabın məsləhətçi Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov, rəyçisi tarix üzrə fəlsəfə doktoru Leyla Calalova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər