Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib - Komitə sədri

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib - Komitə sədriBu gün "Four Seasons" otelində keçirilən “İKİNCİ TÜRK DÜNYASI METROLOJİ FORUMU” (iqlim dəyişmələrinə uyğunlaşma) keçirilib.

Forumda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişmələri naziri cənab Mehmet Özhaseki, Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Erlan Nısanbayev, Özbəkistan Respublikasından nazir cənab Aziz Abduhakimovla yanaşı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov da çıxış edib.

Avrasiya.net komitə sədrinin çıxışının tam mətnini təqdim edir:

Hörmətli həmkarlar, Hörmətli Türk qardaşlarım!

Hər birinizi “2-ci TÜRK DÜNYASI METROLOJİ FORUMU”nun açılışı münasibətilə ürəkdən salamlayıram və Forumun işinə uğurlar arzulayıram.
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsidir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçmişdir.

Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

Türk dünyası böyük bir ailədir. Türk dünyasının bütövlüyü onun qorunması yeni siyasi gerçəkilkləri şərtləndirir. Bu strategiyanın təməli hələ Sovetlər Birliyində türk xalqları içərisində İlk dəfə təhlükəsizlik sahəsinin generalı kimi böyük səviyyəyə qalxmış Siyasi Büronun yeganə türk üzvü böyük dövlət adamı Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyevin İkinci Dünya müharibəsi zamanı Türkiyənin müharibəyə qusulması təhlükəsi ilə bağlı narahatlıqlarını həyacansız dinləmək mümkün deyil. Heydər Əliyev deyirdi: “Mən Türkiyənin dövlət adamları ilə görüşlərimdə də bu barədə dəfələrlə demişəm, – çox vacib bir hal odur ki, Türkiyə dünya müharibəsinə qoşulmadı”.

Sövetlər Birliyi dönəmində Heydər Əliyev səlahiyyətlərindən istifadə edərək imperiyanın türkdilli respublikaların rəhbərlərini dəyişib başqa millət qoymasına etiraz edirdi. Məsələn, Qazax dövlət adamı Kunayevi açıq şəkildə müdafiə edirdi. Bu cəsarət Heydər Əliyevə öz millətinə, öz kökünə olan sevginin təzahürü idi.

Müstəqllik dövründə artıq türkçülük ideallarını gerçəkləşdirmək üçün gözəl imkanlar yarandı. Təbii ki, bu imkanadan Azərbaycan və demək olar ki, bütün türk dünyası yararlana bildi.

Bilirsiniz, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, bir-birimizi yaxşı anlayırıq, biz eyni bir dildə danışan xalqlarıq. Bizim milli ənənələrimiz bir-birinə oxşayır, çox yaxındır. Bütün bunlar xalqlarımızı bütün sahələrdə bir-birinə bağlayıb, bir-birimizlə daha sıx əlaqə qurmağımıza kömək edib. Müstəqil dövlətlər olduqdan sonra biz tarixi ənənələr əsasında, fundamental əsaslar üzərində daha da irəliyə getdik, inkişaf etməyi bacardıq. Amma, zamanında bizə əngəl olmağa çox çalışdılar.

Məsələn, 1926-ci ildə 26 fevral-6 mart arasında Bakı şəhərində BİRİNCİ TÜRKOLOJİ QURULTAY keçirildi. Latın qrafikalı əlifbaya keçidin təməli qoyuldu. Amma sonradan o qurultayda iştirak edən 100-dən artıq alim pan-türkist adı altında öldürüldü və ya təzyiqlərə məruz qoyuldu.

Türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmaq və beynəlxalq birlik qarşısında ümumi mövqe nümayiş etdirmək bu gün ən vacib məsələdir. Bizi parçalamağa çalışan qüvvələr çoxdur. Biz buna imkan verməməliyik. Şükürlər olsun ki, bu gün türk dünyası bir qüvvə kimi formalaşa bilib. Bu birliyimiz bəzi ölkələri qorxuya salıb. Xüsusən də Azərbaycanın 44 günlük müharibədə qazandığı möhtəşəm zəfərdən sonra...

Qeyd edək ki, Türk dünyasının birliyinin möhkəmlənməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın simasında yeni inkişaf mərhələsinə keçdi.
Bütün sahələrdə diplomatiya, siyasi, iqtisadi hərbi sahələrdə çoxsaylı müqavilələr, Şuşa Bəyannaməsi ilə isə artıq müttəfiqlik daha möhkəm tellərlə bir-birinə bağlandı.

Təbii ki, bütün qardaşlarımızla milli maraqları nəzərə alaraq hər zaman qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Cənab Prezidentimiz İlham Əliyevin sözü ilə desək- siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Bildiyimiz kimi Tarixi İstanbul Zirvə görüşündə olduqca mühüm olan “Türk dünyasına baxış — 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən bəyannamədə əhəmiyyətli məqamlar yer almışdır.

Türk Dövlətləri təşkilatı beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT-nin bir sıra qurumları ilə əlaqələr qurmuşdur. Hazırda bu gün bir çox dövlətlər Türk Dövlətləri təşkilatlarında status almaq arzusunu ifadə edib ki, bu da onun yüksək beynəlxalq nüfuzuna dəlalət edir.

Bu gün keçirilən “2-ci TÜRK DÜNYASI METROLOJİ FORUMU bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Alqışlayıram və xeyirli-uğurlu olsun deyirəm. İnanıram ki, burada qəbul ediləcək qərarlar TÜRK dünyasının inkişafına xidmət edəcək və liderlərimizin başlatdığı işi daha da möhkəmləndirəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər