Güclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında noyabrın 16-da gün ərzində cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 17-də isə şimal-qərb küləyinin 15-20 m/s, səhər arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, noyabrın 17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, noyabrın 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər