28 yaşlı gənc itkin düşüb - Foto
Dərc olunub:
14-11-2023, 22:11
Bakıya, qonaq gələn 28 yaşlı Göyçay rayon sakini İbrahim Nəzərli noyabr ayının 9-da, saat 15:00 radələrində, dostları ilə görüşmək üçün Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.
Avrasiya.net-ə verilən məlumata görə, o, Kubinkada yerləşən "Boranı" restoranında olub. Gecə saat 1 radələrindən ordan uzaqlaşıb daha sonra nə görən olub, nə də telefonuna zəng çatıb.
Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ-qara qarışıqlı idman ayaqqabısı, əynində ağ rəngdə kofta, qara papaqlı idman gödəkcəsi olub.
İbrahimi görən və ya ona bənzədən şəxslərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları rica olunur.
+994 50 644 33 15 (Fazil bəy)
Son xəbərlər
