star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Su təmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir - Komitə sədri

Su təmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir - Komitə sədri“Bakı şəhərində olduğu kimi respublikanın digər iri sənaye şəhərlərində də müasir texnologiyaya əsaslanan, tullantılardan elektrik enerjisi və digər məhsullar istehsal edə bilən tullantıların qəbulu və utilizasiyası sistemini təşkil etmək məqsədə uyğundur”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Sadiq Qurbanov bildirib.

“İşğaldan azad edilmiş ərazilərdə daxili su ehtiyatlarının, günəş, külək, geotermal enerji mənbələri üzrə böyük potensialın olması “yaşıl enerji”yə keçid və enerji səmərəliliyi ilə bağlı imkanları artırır. Ekoloji tarazlığa mənfi təsirlərin azaldılması və bərpa olunmayan enerji resurslarına qənaət edilməsi müəyyən edilsədə bu sahə üzrə kadr hazırlığı həyata keçirilmir. Bu sahəyə xüsusi diqqət artırılmasına ehtiyac var.

Qeyd edək ki, Azərbaycanda mövcud suvarma kanallarının 70%-i torpaq məcralı olması torpaqların şoranlaşmasına səbəb olmaqla yanaşı ciddi su itkisi yaradır.

Kür və Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə büdcə vəsaiti hesabına çaylardan götürülmüş çirkli suyun təmizlənərək içməli su kimi əhaliyə verilməsi üçün modul tipli su təmizləyici qurğular quraşdırılmış, lakin bu qurğuların fasiləsiz fəaliyyətində müəyyən çatışmazlıqlar vardır. Qeyd edilən su təmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir. Əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə, müvəqqəti quraşdırılmış, nəticəliliyi və səmərəliliyi aşağı olan, istismar müddəti başa çatmış modul tipli su təmizləyici qurğuların quraşdırılması metodundan imtina edilməsi və bu sahədə dayanıqlı su mənbəyinin yaradılması yolu ilə və ya mövcud su tutarlarından istifadə etməklə (məsələn, Hacıqabul rayonu ərazisində yerləşən Talış su anbarı) əhaliyə çatdırılması istiqamətində tədbirlərin görülməsi daha məqsədəuyğundur”,- deyə o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər