star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Prokuror sabiq bələdiyyə sədrinə 9, bacısına 8 il həbs istədi

Prokuror sabiq bələdiyyə sədrinə 9, bacısına 8 il həbs istədiDələduzluqda təqsirləndirilən YAP Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkut barəsindəki məhkəmə istintaqı yekunlaşıb.

Avrasiya.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasım Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov çıxış edib.

Prokuror Aytac Əliyevanın 9 il, bacısı İlknur Turkutun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ətraflı

Xatırladaq ki, ilkin məlumata görə, A.Əliyeva bacısı İ.Turkut ilə birgə qızıl alveri etmək məqsədilə iki vətəndaşa qarşı dələduzluq edib. Belə ki, onlar vətəndaşların birindən 200 000, digərindən isə 189 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda A.Əliyeva Binəqədi qəsəbəsi bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər daha 9 nəfərə qarşı dələduzluq edib. Onlara qarşı ümumilikdə 1 milyon manata yaxın ziyan vurub.

Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.

Qeyd edək ki, Aytac Əliyeva və bacısı İlknur Turkut Bakı Şəhər Baş Polis İdarəsində aparılan təhqiqat zamanı həbs edilib. A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə təqsirləndirilir. Bacısı İlknur Turkut isə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər