star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Saatlıda "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar keçirilib

Saatlıda "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar keçirilibNoyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Saatlıda din xadimləri, dini icma sədrləri və dini icma üzvlərinin iştirakı ilə "Müasir çağırışlar və dini fəaliyyət" adlı seminar təşkil edilib.

Avrasiya.net xəbər verir ki, seminarı giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Quliyeva Bəyim tədbirin əhəmiyyətindən söhbət açıb və milli-mənəvi dəyərlərimizin daim diqqət mərkəzində saxlanılmalı olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Fondun şöbə müdiri Rəşid Paşalı ölkəmizdəki dövlət-din münasibətlərinin dərin milli-tarixi ənənəyə əsaslandığını və bu istiqamətdə müvafiq dövlət təsisatlarının ardıcıl, eləcə də uğurlu fəaliyyətinin əhəmiyyətli dərəcədə rola malik olduğunu diqqətə çatdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, dekan müavini, dosent Asəf Qənbərov 21-ci əsrdə müasir çağırışların yaratdığı tendensiyalara toxunaraq dini fəaliyyətin yalnız tarixən mövcud olan ənənələr üzərində dayanıqlı qalmasının vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov bölgədəki din xadimlərinin və dini icmaların fəaliyyətini müsbət qiymətləndirib.

Seminarda Fondun sifarişi əsasında hazırlanan "Azərbaycanın din alimləri" sənədli filmi nümayiş olunub və iştirakçılara Fondun nəşr etdirdiyi ədəbiyyatlar paylanılıb.

Sonda din xadimləri ilə fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər