“Aztelekom” Dövlət Xidmətini məhkəməyə verib

“Aztelekom” Dövlət Xidmətini məhkəməyə veribRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini məhkəməyə verib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Aztelekom”dan bildirilib.

Məlumata görə, Dövlət Xidmətinin “Aztelekom”a qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi məhkəmə qaydasında mübahisələndirilib. Hazırda iş üzrə məhkəmə araşdırması davam edir.

Xatırladaq ki, iyunun 14-də Dövlət Xidməti “Aztelekom”, eləcə də nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, qaldırılmış işə Cəmiyyətlər tərəfindən bir sıra infrastruktur xidmətləri üzrə “qiymət manipulyasiyasına yol verilmənin olub-olmaması” hissəsində xitam verilib. Həmçinin həmin qərar ilə Cəmiyyətlərin göstərdiyi data (port) xidmətinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə Cəmiyyətlərə göstəriş verib və onların hər birinə 16 500 manat maliyyə sanksiyası tətbiq edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər