Bərdə rayonu İmirli kəndində Folklor və etnoqrafik sərgi keçirilib

Bərdə rayonu İmirli kəndində Folklor və etnoqrafik sərgi keçirilibQərbi Azərbaycan Dərələyəz (Keşkənd) İcamsının təşkilatçılığı ilə Bərdə rayonun İmirli kəndində Folklor və etnoqrafiq sərgi keçirilib.

Bu barədə İcma rəhbəri professor Mahirə Nağıqızı məlumat verib.

O, bildirib ki,Qərbi Azərbaycanın ən böyük ərazilərindən olan Dərləyəz mahalı zəngin folklor və etnoqrafik mədəniyyətə malikdir. Oğuz türk mədəniyyətinin ən vacib tərkib hissəsi olan Qərbi Azərbaycan Dərələyəz mədəniyyəti səciyyəvi xüsusiyyətlərə malik bir mədəniyyətdir. Bu mədəniyyətin ən vacib elementlərindən bir folklordursa digəri isə etnoqrafiyadır. Bu mənada Bərdə rayonunun İmirli kəndi təsadüfə seçilməyib. 1948-1953-cü illərdə Dərləyəz mahlından deportasiya edilmiş Çivə kəndinin əksəriyyəti Sallı, Qozulca kəndləri və Göyçə mahalının Mollalı kəndinin isə bir hissəsi burada məskunlaşmışdır. İcma üzvləri Möhübbət Səmədoğlu, Səməd Vəkilov, Namiq Məmmədov və Leyla Calalova belə bir sərginin keçirilməsi ideyası ilə çıxış etdilər mən də icma rəhbəri kimi dəstəklədim. Və nəhayət 10 noyabrda Bərdə rayonunda İmirli kəndində Qərbi Azərbaycan Dərləyəz mahalı, Folklor və etnoqrafiq sərgisi baş tutdu.

Professor M.Nağıqızı sərgi haqqında yüksək təsüratlarını bildirib. O, bildirb ki, sərgidə İmirli kənd Yallı qrupunun hazırladığı yallı rəqsləri, Dərələyəz mahalının Çivə, Sallı, Qozulca kəndlərindən vaxtı ilə gətirilmiş məişət əşyaları, qədim xalça nümunələri həmçinin Dərələyəz mətbəxini əks elətdirən yeməklər Qərbi Azərbaycan qeyri-maddi mədəni irsinin mühafizə edilməsinin ən gözəl nümunəsidir.

M.Nağıqızı sonra onu da bildirb ki, bu sərgi əsasında gələcəkdə muzey yaradılması ideyası da maraq doğurur.







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər