Şabranda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib

Şabranda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilibŞabran rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şabran rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, rayon İcra Hakimiyyətinin kollektivi, rayonun idarə, müəssisə rəhbərləri və işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Silsilə tədbirlər çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə ağacəkmə aksiyaları təşkil olunub.

Aksiyalar zamanı həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Daha sonra rayonun mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub. Respublikamızın və şəhərimizin incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifaları ilə müşayiət olunan konsert izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda atəşfəşanlıq olub.








Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər