star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azərbaycanda məşhur general vəfat etdi

Azərbaycanda məşhur general vəfat etdiBeyləqan korpusunun sabiq komandiri, general-mayor Mahmud Həmid oğlu Həmzəyev bu gün vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O, mərhumun bu gün 2-ci Fəxri Xiyabanda dəfn olunacağını qeyd edib.

Mahmud Həmid oğlu Həmzəyev 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.

1966-1971-ci illərdə Azərbaycan Neft-Kimya İnstitutunda təhsil alıb.

1975-ci ilin sonunda ordu sıralarında xidmətə başlayıb.

1976-1980-ci illərdə tağım komandiri, əlahiddə pulemyot-artilleriya, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib.

1984-1987-ci illərdə Moskva şəhərində M.Frunze adına Hərbi Akademiyayada təhsil alıb.

1986-87-ci illərdə əlahiddə tank alayı komandirinin müavini vəzifəsində xidmət edib.

1987-1992-ci illərdə Pribaltika Hərbi Dairəsində I dərəcəli təlim mərkəzinin rəisi vəzifəsində xidmət edib.

1989-cu ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən polkovnik hərbi rütbəsinə layiq görülüb.

SSRİ dağıldıqdan sonra 1992-ci ildə təqaüdə çıxıb.

1993-cü ilin sonunda Azərbaycana gələrək ordu sıralarında xidmətə başlayıb. Xidməti müddətində briqada komandiri, ordu korpusunun qərargah rəisi, ordu korpusunun komandiri vəzifələrində qulluq edib.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb.

24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.

M.Həmzəyevin adı vaxtilə mətbuatda bir sıqa qalmaqallarda hallandırılmışdı.

O, 2010-cu ildə keçirilən parlament seçkilərinəd 107 saylı Qazax seçki dairəsindən deputatlığa namiəzd olmaq istəmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər