Bakıda saxlanılan separatçı başçılardan yeni xəbər var

Bakıda saxlanılan separatçı başçılardan yeni xəbər varQarabağdan qovulmuş erməni separatçılarının Bakıda həbsdə saxlaınaln keçmiş başçılarından yeni xəbər var.

Avrasiya.net xəbər verir ki, özünü buraxmış keçmiş qondarma “Artsax liderləri”nin sağlamlıq vəziyyəti və saxlanma şəraiti barədə məlumat onların ailələrinə çatdırılıb.

Bu barədə Ermənistanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya aparılmış 16 nəfər, o cümlədən qondarma “Artsaxın liderləri” haqqında məlumatlar həmin şəxslərin yaxınlarına təqdim olunub. Bu məlumata onların səhhəti, saxlanma şəraiti, eləcə də fotoları daxil edilib.

Ermənistan nümayəndəsi bu məlumatların Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə əldə edildiyini bildirib.

Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan bildirib ki, hazırda Avropa İnsan Haqları Məhkəməsi rəsmi İrəvanın saxlanılan şəxslərlə bağlı etirazını araşdırır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər