Şabranda Zəfər Günü ilə əlaqədar tədbir keçirilib - Fotolar
Bu gün Şabran şəhəri Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbdə Yeni Azərbaycan Partiyası 70 saylı Ərazi Partiya Təşkilatı (Şabran şəhər 3 saylı tam orta məktəb) və Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının 2023-cü il üçün illik fəaliyyət planına müvafiq olaraq «8 Noyabr Zəfər Günü» ilə əlaqədar olaraq tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Quba -Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, Regional idarənin Şabran sektorunun rəisi Süleyman Əliməmmədov və 3 saylı tam orta məktəbin rəhbərliyi və kollektivi iştirak edib. 
Tədbir zamanı məktəb şagirdlərinin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi, mahnı kompozisiyaları, eləcə də, sambo idman növünə aid yarışlar və fleşmob nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək bildirdi ki, Zəfər Günü birliyimizin və milli iradəmizin rəmzi kimi ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunub.
Bu böyük Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrik rəhbərliyi və dəqiq planları, həmçinin cəsarəti, şücaəti və müzəffər Ordumuza böyük inamı sayəsində qazanılıb. 
Məhz Prezidentimizin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqı, rəşadətli Ordumuz onilliklər boyunca davam etmiş haqsızlığa, ədalətsizliyə, hüquqsuzluğa son qoymuşdur. Ölkəmizin igid oğulları Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandırdığını vurğulayan rayon təşkilatının sədri qeyd edib ki, Zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın cənab Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi olub.
Tədbirin sonunda iştirakçılarla birlikdə xatirə fotoşəkili çəkilib.


Son xəbərlər
