DİN yanında İctimai Şuranın üzvləri Sumqayıt şəhərində şəhid ailələrini ziyarət edib

DİN yanında İctimai Şuranın üzvləri Sumqayıt şəhərində şəhid ailələrini ziyarət edibDaxili İşlər Nazirliyi yanında İctimai Şura üzvləri 8 Noyabr - Zəfər Günü münasibəti ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması zamanı şəhid olan polislərin ailələrini ziyarət ediblər.

DİN yanında İctimai Şuranın üzvləri Rauf Zeyni, Araz Nurməmmədov və Məhsəti Hüseynova Sumqayıtda bas çavuş Vüsal Şakir oğlu Allahyarov və gizir Mais Şadıbəy oğlu Səmədovun ailə üzvləri ilə görüşüblər.

İctimai Şuranın üzvləri Vətən müharibəsində əsgər və zabitlərimizlə yanaşı polislərimizin də göstərdiyi qəhrəmanlıq və şücaətlərindən danışıb. Bununla yanaşı bildirilib ki, şəhid ailələri daim dövlətin diqqətindədir. Xalqımız onların qəhrəmanlığını unutmur. Bizlər də özümüzə borc bilirik ki, sizlərlə görüşək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə mənəvi diqqət göstərməklə, onların ruhunu şad edək.

Daha sonra Vətən Müharibəsində qəhrəmanlıq göstərən bas çavuş Vüsal Şakir oğlu Allahyarov və gizir Mais Şadıbəy oğlu Səmədovun keçdiyi döyüş yolu, göstərdikləri igidliklər bir daha xatırlanıb. Hər iki polis şəhidimizin ruhuna dualar oxunub.

İctimai Şura üzvləri eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla həlak olan şəhidlərimizin ailə üzvlərinin problemləri ilə maraqlanıblar.

Səhidlərimizin ailə üzvüləri Prezident İlham Əliyevin tapşırığına əsasən Daxili İşlər Nazirlyinin müvafiq qurumlarının daim onları diqqətdə saxladığını bildiriblər.

Xatırladaq ki, bas çavuş Vüsal Şakir oğlu Allahyarov 09 noyabr 2020-ci ildə Şuşa, gizir Mais Şadıbəy oğlu Səmədov isə 05 oktyabr 2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.
Şəhid ailələrini ziyarətdə İctimai Şura üzvləri ilə birlikdə Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, polis Sumqayıt ŞPİ-in şəxsi heyətlə iş üzrə böyük köməkçisi Həsənov Eldəniz Həsən oğlu və şəxsi heyətlə iş üzrə köməkçi Hətəmli Asəf İntiqam oğlu da iştirak edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər