Qazaxda 43 yaşlı vəkilin intiharının təfərrüatları məlum olub

Qazaxda 43 yaşlı vəkilin intiharının təfərrüatları məlum olubQazax rayon Hüseynbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Mahmudov Rüfət Əsəd oğlu özlərinə məxsus üzümlük sahədə intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, onun meyiti hadisədən bir müddət sonra sahəyə gedən əmisi tərəfindən aşkarlanıb.

Mərhum Qazaxda vəkil olub və intihardan bir gün öncə yaxınlarına işi ilə bağlı başqa rayona gedəcəyini bildirib. Səhəri gün isə onun meyiti üzümlük sahədə tapılıb.

R.Mahmudov ailəli olub, 1 qızı 2 oğlu var, həyat yoldaşı Qazax Rayon İcra Hakimiyyətində çalışır.

Mərhumun atası Əsəd Mahmudov rayonda nüfuzlu şəxsdir. O, keçmiş sovxozda, ət kombinatında direktor, Qazax rayon Sudan İstifadə Birliyində isə icraçı direktor vəzifələrində çalışıb.

Yaxınları və kənd sakinləri mərhumun hansısa bir problemi olmadığını, hər kəsə qarşı xoş rəftar edən, mülayim insan olduğunu bildiriblər.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər