Mətbuat katibi jurnalistləri vicdanlı olmağa ÇAĞIRDI
Dərc olunub:
6-11-2023, 09:35
“Cinayət hadisəsi barədə azyaşlılardan şahid kimi müsahibə almaq qətiyyən olmaz!”.
Avrasiya.net xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu jurnalistlərə belə çağırış edib.
“Baxış sayına görə bunu etməyin, o uşaqlara ikinci travma yaşatmayın!”, -deyən Komitə rəsmisi jurnalistləri bu kimi həssas məsələlərdə diqqətli olmağa səsləyib.
“Ətrafımızda olan bəzi jurnalist dostlarımıza peşələrini vicdanla yerinə yetirmələrini söyləməliyik”, - T.Mərdanoğlu deyib.
Qeyd edək ki, bəzi elektron KİV-lər cinayət hadisəsi barədə azyaşlılardan şahid kimi açıqlama alır və bu zaman həmin uşaqların səsini, görüntüsünü də televiziya ekranında, saytlarda yayımlayrılar.
Son xəbərlər
