Deputat nazirin bu fikrini tənqid etdi: "Hansısa kolxozun baş aqronomu desəydi..."

Deputat nazirin bu fikrini tənqid etdi: "Hansısa kolxozun baş aqronomu desəydi...""Azərbaycanda hakimlərin sayı orta Avropa göstəricilərindən çox aşağıdır. Hakimlər həddindən artıq yükləniblər".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Mətbuatda və sosial şəbəkədə bir məsələ müzakirə olunur. Əhalinin sosial müdafiə və əmək hüquqlarını qorumalı olan hökumət üzvlərindən biri təhsillə bağlı konfransda deyib ki, Azərbaycana hüquqşünaslar yox, aqronom lazımdır. Bu fikri hüquq diplomu olan şəxs deyib. Bunu hansısa kolxozun baş aqronomu desəydi, bəlkə də başa düşmək olardı", - deyə deputat bildirib.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumundakı çıxışında bu gün ölkədə universitetlərin ehtiyacdan çox sayda hüquqşünas yetişdirdiyini deyib.

"Ancaq bu gün ölkədə ali təhsil müəssisələri ehtiyacdan çox sayda hüquqşünas yetişdirilir. Əslində, ehtiyac duyulan aqronom peşəsidir. Misal olaraq, bu gün hüquqşünaslarımız aqronomlardan aşağı əməkhaqqı alır. Yaxud da bu gün 25 manatdan aşağı iş görən ağac budayan birini tapmaq olmur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər