Onlar 10 min manatdan az maaş almamalıdır - Deputat

Onlar 10 min manatdan az maaş almamalıdır - Deputat​Hakimlərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşlarının artırılmasına diqqət yetirilməlidir”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri deputat Qüdrət Həsənquliyev büdcə müzakirələri deyib.

“Mən polislərin maaşı məsələsini parlamentdə qaldıranda cavab verdilər ki, polislər maaşlarından razıdır. Amma mən millət vəkili olaraq özümə borc bilirəm xatırladım ki, gizli sorğularda polislərin maaşlarından ciddi narazı olması baradə məlumatlar var. Hakimlərin sayı onsuz da azdır. Hakimlər 10 min manatdan az maaş almamalıdır. Ədalət olmayacaqsa, qarşıda duran problemlər həll olunmayacaq.

Bu yaxınlarda Ali Məhkəmə hakimləri ilə söhbət edirdim. Deyirlər ki, biz aparatı Ali Məhkəmə hakimlərinin işinə kömək məqsədilə yaratdıq, amma xarici səfərə gedəndə aparatın rəhbəri biznes-klasda gedir, biz ekonom-klasda” , - deyə deputat bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər