"Son 10 ildə Xəzər dənizində suyun səviyyəsi 114 sm aşağı enib"

"Son 10 ildə Xəzər dənizində suyun səviyyəsi 114 sm aşağı enib""Xəzər dənizinin səviyyəsi son 5 il ərzində 69 sm, son 10 ildə isə 114 sm aşağı enib".

Avrasiya.net xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

O bildirib ki, Xəzər dənizinin ətraf mühitin bugünkü vəziyyəti və dəniz səviyyəsinin aşağı düşmə dinamikası narahatlıq doğurur.

M.Babayev söyləyib ki, dəniz səviyyəsi nə qədər tez dəyişirsə, onun nəticələri bir o qədər ağır olur:

"Xəzər dənizinin səviyyə tərəddüdləri sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə - balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər