2024-cü ilin qrant müsabiqələrində iştirakla bağlı elektron qeydiyyat mərhələsi başladı
Dərc olunub:
1-11-2023, 17:05
Agentliyin qrant müsabiqələrinə müraciət edən QHT-lər öncə sistemdə şəxsi kabinet yaratmalıdır.
Avrasiya.net xəbər verir ki, cəmi 1 dəfə qeydiyyatdan keçmək (https://portal.ngogrant.az/ ) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi bütün qrant müsabiqələrində iştirak imkanı deməkdir. Elektron qeydiyyatdan keçmək üçün son tarix 1 dekabr 2023-cü ildir.
Qeyd edək ki, sistemdə şəxsi kabinet yaratdıqdan sonra layihəni 10 dekabr 2023-cü ilədək təqdim edə bilərsiniz.
Əlaqələndirici şəxs: Fatimə Əbduləzimova (012) 493 15 81 – Daxili nömrə: 121 e-poçt: [email protected]
Son xəbərlər
