Günəşi birgə salamlayaq" layihəsinin təqdimatı keçirilib - FOTO

Günəşi birgə salamlayaq" layihəsinin təqdimatı keçirilib - FOTOBu gün Bakı şəhəri H.Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi"nin məktəb kateqoriyası çərçivəsində qalib gəlmiş "Günəşi birgə salamlayaq" layihəsinin təqdimatı keçirilib.

Avrasiya.net xəbər verir ki, təqdimatda məktəbin direktoru, layihə rəhbəri Gültəkin Rüstəmova, təlimçi Bəkir Yusifov, "Kiçik Akademiya"nın prezidenti Cabbar Yolçiyev, məktəbdənkənar işlər üzrə təşkilatçı Xuraman Fərəcova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri, məktəb psixoloqları və şagirdlər iştirak edib.

Tədbiri çıxış sözü ilə açan G.Rüstəmova layihənin məqsəd və vəzifələri barədə geniş məlumat verib. Bildirib ki, layihə çərçivəsində məktəbdə Debat klub yaradılacaq. Kluba üzv olan şagirdlərdə özünü təqdim etmək, hər hansı fikri əsaslandırmaq kimi bacarıqlar formalaşacaq.

Sonda təlimçi B.Yusifov layihə çərçivəsində görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.







Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər